AZ

Azərbaycanda Fransa mədəniyyətinə qarşı heç bir mənfi yanaşma yoxdur VİDEO

"Azərbaycanda Fransa mədəniyyətinə qarşı heç bir mənfi yanaşma yoxdur".

Xezerxeber.az-ın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusuna həsr olunmuş beynəlxalq tədbirdə deyib.

O bildirib k, ikitərəfli münasibətlərdə yaranan böhranın səbəbi təkcə erməni diasporu deyil.

Konfransda çıxış edən "Conflicts" jurnalının direktoru Gil Mihaeli isə deyib ki, erməni diasporunun güclənməsindən sonra Azərbaycanla-Fransa arasında münasibətlər korlanmağa başlayıb. Mihaeli vurğulayıb ki, erməni diasporu öz mövqeyini gücləndirib və bu, onlara öz gündəmlərini irəli aparmağa imkan verib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
31
xezerxeber.az

1Mənbələr