Rusiya Fövqəladə Hallar Nazirliyi idarənin 130 əməkdaşı və 30-dan çox texnikanın çalışdığı Moskva yataqxanasında yanğının söndürülməsinin görüntülərini yayıb.
İki mərtəbəli bina Sxodnenski Tupik küçəsində yerləşir. Son məlumatlara görə, yanğın 2 min kvadratmetr ərazini əhatə edib.
Nazirliyin məlumatına görə, xilasedicilər 60 nəfəri təxliyə edib, daha 300 nəfər isə özbaşına xilas olub. İdarə damın qismən çökdüyünü də bildirib. Prokurorluq prosessual araşdırmaya başlayıb.
//Samir Qurbanov, Editor.az