"Fənərbağça"nın ulduz futbolçusu komandadan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, "Napoli" Saint Maksiminin xidmətində maraqlı tərəfdir.
Bu barədə Fabrizio Romano "X" hesabında paylaşım edib.
İcarə əsasında İstanbul nəhəngində çıxış edən "Əl-Əhli"yə məxsus oyunçunun Seriya A klubuna mümkün transferi üçün "sarı-lacivərtlilər"in də razılığı olmalıdır.
Qeyd edək ki, Maksimin 2024/25 mövsümündə 24 oyuna çıxıb və 3 qola, 4 məhsuldar ötürməyə imza atıb.