Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının baş diplomatı Kaya Kallas deyib.
"Bu müharibəni Rusiya başladıb. Rusiya Ukraynanın dinc əhalisini bombardman etməyi dayandırmaqla, eləcə də Ukrayna ərazisindən qoşunlarını çıxarmaqla savaşı dayandıra bilər. Ona görə də biz Kremlə təzyiq etməliyik", - o bildirib.
Kallas deyib ki, Vaşinqtonda da bu fikir müdafiə edilir:
"Bizə elə sülh lazımdır ki, Rusiyaya yeni hücum üçün imkan verməsin. Anlamaq lazımdır ki, Rusiya ümumdaxili məhsulunun 9%-ni hərbi sənayeyə yatırır. Ona görə də biz güclü olmalıyıq ki, doğru siqnallar göndərməliyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31