AZ

YPX avtomobili yolayrıcında QƏZAYA DÜŞDÜ: Xəsarət alan var - VİDEO

Yol patrul xidmətinin avtomobili qəzaya düşüb.

Avtosfer.az xəbər verir ki, Çex Respublikasında baş verən qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Kadrlarda sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş yol patrul xidməti avtomobilinin eyni anda yol kəsişməsinə daxil olan mikroavtobusla toqquşduğu görülür.

Zərbənin təsirində polis maşını aşaraq bir neçə dəfə çevrilir.

Yerli medianın məlumatına görə, qəza nəticəsində avtomobildə olan 2 polis əməkdaşlarından biri ağır xəsarətlər alıb və xəstəxanaya aparılıb.

Sözü gedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Seçilən
26
avtosfer.az

1Mənbələr