AZ

Dağa şəxsiyyət statusu və hüquqları verildi - DÜNYA BUNDAN DANIŞIR - FOTO

Yeni Zelandiya hökuməti rəsmi olaraq Taranaki dağına şəxsiyyət statusu və hüquqları verib.

Sherg.az "The Guardian"a istinadən xəbər verir ki, 2017-ci ildə verilən vəddən sonra parlament yekdilliklə Taranakiyə, onun qonşu zirvələrinə və ətraf bölgəyə "Te Kahui Tupua" adı altında hüquqi şəxs statusu verən qanunu qəbul edib.

The Guardian yazır ki, bu, Taranakini ölkədə belə status alan üçüncü fiziki şəxs edir.

Yerli Maori xalqı Yeni Zelandiyanın Şimal adasının qərb hissəsində yerləşən vulkanı öz əcdadı hesab edir. Maori qəbilələrindən və hökumətdən bir qrup nümayəndə dağın maraqları adından hərəkət edəcək.

Seçilən
9
sherg.az

1Mənbələr