"Roma"nın təcrübəli çalışdırıcısı Klaudio Ranyeri jurnalistlərə açıqlamasında özbəkistanlı hücumçu Eldor Şomurodovun çıxışından danışıb.
Fanat.Az xəbər verir ki, Ranyerinin futbolçu haqda dediklərini "Football Italia" belə çatdırıb:
"Şomurodov bu qış transfer pəncərəsində "Roma"da qalacaq. O, həm komanda yoldaşları, həm də azarkeşlər tərəfindən sevilir. O, həmişə hər şeyini meydanda qoyur. Eldorla “Kalyari”də də çalışmışam. Hərdən məni əsəbləşdirsə də, həmişə gülümsəyir. Ona dedim ki, getsə, məni əsəbiləşəcək heç kimim olmayacaq”.
Xatırladaq ki, Eldor Şomurodov bu mövsüm “Roma”nın heyətində İtaliya çempionatında 11 oyun keçirib, 1 qol vurub və bir məhsuldar ötürmə edib.
Mirağa