ABŞ-dan olan astronavt Suni Uilyams kosmosda ən uzun müddət yürüş edən qadın olub.
Bu, Beynəlxalq Kosmik Stansiyanın məlumatında yer alıb.
Suni Uilyams daha əvvəl 60 saat 21 dəqiqə kosmik yürüş həyata keçirən Peggi Uitsonun rekordunu yeniləyib.
Uilyams və həmkarı Batç Uilmor stansiyanın avadanlıqlarını qorumaq, “Destiny” laboratoriyasından və səth materialından nümunələr toplamaq üçün 5 saat 26 dəqiqəlik kosmos gəzintisi həyata keçiriblər. Bununla da kosmosda ümumi yürüş müddətini 62 saat 6 dəqiqəyə qaldıran Suni yeni rekorda imza atıb.
Xatırladaq ki, iki astronavt ötən ilin iyun ayında açıq kosmosa çıxıblar, lakin texniki nasazlıq səbəbindən geri dönüş planlaşdırılan tarixdən sonraya təxirə salınıb. Onların martın sonu və ya aprelin əvvəlində Yerə qayıda biləcəkləri ehtimal olunur./globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta