Almaniyanın Dortmund şəhərində yerləşən Diyanət İşləri Türk İslam Birliyi (DİTİB) məscidi və Düsseldorfda yerləşən Fas İslam Məscidi təhdid və təxribat xarakterli məktublar alıb.
Redaktor.az xəbər verir ki, DİTİB-in yaydığı açıqlamada, hər iki məscidə göndərilən məktubların polisə bildirildiyi və məsələ ilə bağlı araşdırmaların davam etdiyi qeyd edilib.
Qeyd edək ki, ötən həftə də Şimali Reyn-Vestfaliya (KRV) əyalətində bəzi DİTİB məscidlərinə bomba təhlükəsi ilə bağlı anonim xəbərdarlıqlar edilmiş, ancaq aparılan axtarışlardan sonra bu məlumatların əsassız olduğu müəyyən olunmuşdu.
Kənan YUSİF