AZ

Nəhayət, Suriya ilə bağlı RAZILIĞA GƏLDİLƏR – TƏCİLİ

Rusiya xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidan telefon danışığı zamanı Suriya məsələsi və digər aktual beynəlxalq məsələlər üzrə təmasların davam etdirilməsi barədə razılığa gəlib, eləcə də ikitərəfli münasibətləri müzakirə ediblər.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Nazirlikdən verilən məlumata görə, tərəflər ikitərəfli gündəmin bir sıra məsələlərinə toxunublar.

“Suriya məsələsi, eləcə də digər aktual regional və beynəlxalq məsələlər üzrə sıx təmasda qalmaq barədə razılıq əldə olunub”, – deyə bəyanatda qeyd edilir.

Tərəflər Suriyada və onun ətrafında baş verən hadisələrin inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

Nazirlər Suriyada hərtərəfli nizamlanma prosesinə dəstək məqsədilə beynəlxalq səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.

Onlar bu prosesin ölkənin suverenliyi, birliyi və ərazi bütövlüyünün qeyd-şərtsiz hörmət edilməsinə əsaslanmalı olduğunu bildiriblər.

Seçilən
7
medianews.az

1Mənbələr