AZ

“Baku Bus”ın sükan arxasında infarkt keçirən sürücüsünün vəziyyəti açıqlandı

"Maştağa qəsəbəsində "Baku Bus" MMC-yə məxsus marşrut avtobusu qəza törədib.

Hadisəyə səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.

Oxu.Az xəbər verir ki, sakinlər hadisənin təfərrüatı barədə Baku TV-yə danışıblar.

"Mən evdə idim, zəng edib dedilər ki, avtobus obyektə çırpılıb. Gəlib gördüm, avtobusun yarısı içəridə, yarısı isə bayırdadır. Sürücü xəsarət alıb, hazırda xəstəxanadadır", - deyə sakin bildirib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, sükan arxasında infarkt keçirən sürücü - 1969-cu il təvəllüdlü Haşım Babayev kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilib.

Ətraflı süjetdə:


Telegram kanalımız
Seçilən
35
2
yenisabah.az

3Mənbələr