AZ

"Santos"dan paylaşım: "Şahzadə qayıtdı" - VİDEO

"Santos" Neymarın transferini açıqlayıb.

İdman.biz xəbər verir ki, klubun rəsmi saytı bununla bağlı videoçarx paylaşıb.

Çarxın sonunda "Şahzadə qayıtdı" sözləri yer alıb. Neymar "Santos"un heyətində 10 nömrəli formanı geyinəcək.

"Əl-Hilal"dan ayrılan 32 yaşlı futbolçu doğma klubuna qayıdıb. Neymar 2009-2013-cü illərdə "Santos"un şərəfini qoruyub. O, komandanın heyətində 225 oyunda 136 qol vurub, 64 ötürmə verib.

İdman.biz

Seçilən
17
idman.biz

1Mənbələr