Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdən 12 mindən çox hərbçinin iştirak etdiyi “Qış təlimi-2025” hərbi təlimlərindən görüntülər yayıb.
Bizim.Media xəbər verir ki, fotolar nazirliyin rəsmi “X” hesabında paylaşılıb.
“Bizi nə qar, nə şiddətli soyuq, nə də çətin relyef dayandıra bilər. Qar, soyuq və çətinliklər qarşısında birləşən güc hər zaman hədəfə çatar. Dost və müttəfiqlərlə qışın sərtliyinə baxmayaraq, hədəfləri vurmağa davam edirik.
Yanvarın 20-də Qarsda başlayan, dost və müttəfiq ölkələrin də iştirak etdiyi “Qış təlimi-2025” uğurla davam edir”, - deyə paylaşımda qeyd edilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta