AZ

“Tramp inaqurasiya üçün kriptovalyuta şirkətlərindən milyonlarla dollar alıb” – “Bloomberg”


Kriptovalyuta şirkətləri ABŞ Prezidenti Donald Trampın inauqurasiya komitəsinə milyonlarla dollar ianə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, “Coinbase Inc.”, “Crypto.com”, “Galaxy Digital”, “Paradigm Operations” və “Payward Inc” hər biri Trampa 1 milyon dollar, “Robinhood Markets” isə 2 milyon dollar ianə göndərib. Nəşr xatırladır ki, əvvəllər Tramp kriptovalyuta sənayesinə şübhə ilə yanaşıb, lakin sonradan onun mövqeyi dəyişib. Ağ Evə qayıdaraq, o, ABŞ-ni “planetin kriptovalyuta paytaxtı”na çevirmək üçün sərəncam imzalayıb və investor Devid Saksı ABŞ administrasiyasının süni intellekt və kriptovalyutalar sahəsində siyasətinə cavabdeh təyin edib.
Seçilən
11
yeniavaz.com

1Mənbələr