AZ

Ağcabədidə partlayış zamanı həlak olan ailə üzvləri dəfn edilib

Ağcabədi. Trend:

Ağcabədidə əl qumbarasının partlaması zamanı həlak olan ailəüzvləri dəfn edilib.

Trend-in yerlimüxbirinin xəbərinə görə, partlayış zamanı həyatlarını itirənBəhruz Quliyev, Natiq Quliyev, Şamiq Quliyev ailənin yaşadığıHindarx qəsəbə qəbiristanlığında, babası evinə Bərdə rayonununƏmirli kəndindən qonaq gələn Məhəmməd Məmmədli və Murad Məmmədliqardaşları yaşadıqları Əmirli kənd qəbiristanlığında dəfnedilib.

Ailənin digərüzvləri yaralı Ülviyyə Məmmədli və AysunQuliyevanın müalicəsi xəstəxana şəraitində davam etdirilir,vəziyyətləri orta ağır qiymətləndirilir.

Xəbər verildiyi kimi, Ağcabədi rayonunun Hindarx qəsəbəsindəevdə əl qumbarası partlayıb. Baş verən parlayış nəticəsində 5 nəfərölüb (onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir):

1. Quliyev Şamiq Əfqan oğlu (1959);

2. Quliyev Bəhruz Şamiq oğlu (1983);

3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);

4. Məmmədli Murad Vidadi oğlu (2018);

5. Quliyev Natiq Namiq oğlu (2018),

2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);

2. Quliyeva Aysun Namiq qızı (2015).

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və yagəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqaparılır.

Seçilən
73
8
az.trend.az

10Mənbələr