"Bavariya"nın vingeri Mathis Tel "Tottenhem"in təklifini rədd edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O tərəflərin Münhendə aparılan danışıqlarda razılığa gələ billmədiyi üçün bu transferdən imtina edildiyini qeyd edib.
19 yaşlı Telu, fransalı sol cinah oyunçusunun "Bavariya" ilə 2029-cu ilin yayına qədər müqaviləsi var. Transfermarkt oyunçunu 30 milyon avro qiymətləndirir.