“Qarabağ”ın Avropa Liqasında keçirdiyi uğursuz mövsüm əksər azarkeşlərin narazılığına səbəb olub. Hətta bəziləri baş məşqçi Qurban Qurbanovu vəzifəsindən ayrılmağa səsləyir.
“Football-plus.az” xəbər verir ki, bu ərəfədə diqqətçəkən iddia ortaya atılıb. Sosial şəbəkələrdə gəzən söz-söhbətə inansaq, “Sportinq” Qurban Qurbanova təklif göndərib. Portuqaliya klubu təcrübəli mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir.
Qeyd edək ki, adı çəkilən komandanı Ruy Borges çalışdırır. O, bu vəzifəyə ötən ilin dekabrında təyin edilib. Mütəxəssislə ikiillik müqavilə imzalanıb.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta