Maştağa qəsəbəsində “Baku Bus” MMC-yə məxsus marşrut avtobusu sürücünün sükan arxasında infarkt keçirməsi səbəbindən qəzaya uğrayıb.
Referans.az xəbər verir ki, sakinlər hadisənin təfərrüatı barədə Baku TV-yə danışıblar.
“Mən evdə idim, zəng edib dedilər ki, avtobus obyektə çırpılıb. Gəlib gördüm, avtobusun yarısı içəridə, yarısı isə bayırdadır. Sürücü xəsarət alıb, hazırda xəstəxanadadır”, – deyə sakin bildirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, sükan arxasında infarkt keçirən sürücü – 1969-cu il təvəllüdlü Haşım Babayev kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.
Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilib.
Ətraflı süjetdə:
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta