AZ

Bundestaq Ukraynaya yardımla bağlı qətnamə qəbul etdi

Bundestaqın üzvləri Almaniya Azad Demokratik Partiyasının (ADP) qətnaməsini qəbul edərək, hökuməti dərhal Bundestaqın Büdcə Komitəsinə Ukraynaya dəstək məqsədilə gələcək tədbirlər üçün 3 milyard avroya qədər “planlaşdırılmamış xərclər” təklifini təqdim etməyə çağırıblar.   Bu barədə Manset.az TASS-a istinadən xəbər verir. ADP-nin qətnaməsinin lehinə mühafizəkar Xristian Demokrat Birliyi və Xristian Sosial Birliyi (XDB/XSB) bloku səs verib. “Almaniya üçün Alternativ”, “Sara Vaqenknextin İttifaqı - Ağıl və Ədalət Naminə” və sol partiyalar layihəyə qarşı çıxıblar.

Almaniya Sosial Demokrat Partiyası (ASDP) və “yaşıllar” partiyasından olan parlament üzvləri səsvermədə bitərəf qalıblar.

Seçilən
19
7
manset.az

8Mənbələr