AZ

Andrey Rublev beş aydan sonra ilk dəfə yarımfinalda oynayacaq

Rusiyalı tennisçi, qarışıq cütlüklər üzrə 2020-ci il Olimpiya çempionu və dünya 10 nömrəsi Andrey Rublev 2024-cü ilin avqustundan bəri ilk dəfə ATP turnirinin yarımfinalına yüksəlib.

90deqiqe.Az xəbər verir ki, o, Monpelyedə keçirilən ATP-250 turnirinin 1/4 finalında gürcü tennisçi, dünya reytinqində 178-ci olan Nikoloz Basilaşvilini məğlub edib.

Rublev 2024-cü ilin avqustunda Kanadanın Monreal şəhərində keçirilən Masters turnirinin yarımfinalına yüksəlib. Bu görüşdə o, italiyalı Matteo Arnaldini 6:4, 6:2 hesabı ilə məğlub edib.

Monpelyedəki turnir yanvarın 27-dən fevralın 2-dək davam edəcək. Yarışın hazırkı çempionu qazaxıstanlı tennisçi Aleksandr Bublikdir.

Seçilən
21
90deqiqe.az

1Mənbələr