Rusiya qoşunları artıq Donetsk vilayətində Mirnoqraddan 2 km aralıdadır.
Bu barədə yanvarın 31-də regional polisin Facebook səhifəsində məlumat verilib. Hüquq-mühafizə orqanları Pokrovsk yaxınlığında yerləşən Mirnoqrad sakinlərini təxliyə etməyə çağırıb. Polisin məlumatına görə, şəhərdə atəş altında qalan 3 minə yaxın insan qalıb. “Şəhərdə mobil telefon əhatə dairəsi demək olar ki, yoxdur – evakuasiyanı elan etmək üçün polis əməkdaşları qapı-qapı dolaşır və səsucaldanlarla küçələrdə gəzirlər. Məqsəd birdir – daha çox insan həyatını xilas etmək”, – məlumatda deyilir.
Qeyd olunur ki, genişmiqyaslı müharibədən əvvəl 46 mindən çox insanın yaşadığı sənaye Mirnoqrad indi “eybəcərləşib və viran qalıb”. “Rusiya qoşunları Mirnoqrada çox yaxınlaşıb və onu yandırılmış səhraya çevirirlər. Ətrafdakı məhəllələr dağıdılıb. Ruslar hava zərbələri ilə zavodları, xəstəxananı dağıdıblar. Nə işıq, nə içməli su var. İnsanlar su üçün quyuya gedirlər və onlar yalnız ayrı-ayrı yerlərdə öz yaxınlarına zəng edə bilirlər”, – deyə məlumatda bildirilir.
//Samir Qurbanov, Editor.az