AZ

“Fənərbağça”nın sabiq futbolçusu İran klubuna keçdi

İranın "Persepolis" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, Tehran təmsilçisi "Alanyaspor"dan Sərdar Dursunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı türk forvardla 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Persepolis"in baş məşqçisi İsmail Kartaldır. Sərdar Dursun onun rəhbərliyi altında daha əvvəl "Fənərbağça"da çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
44
bizim.media

1Mənbələr