AZ

“Bavariya”nın oyunçusu fikrini dəyişdi

“Bavariya”nın futbolçusu Matis Tel fikrini dəyişib.

O, klubu tərk etmək istəyir. İnsayder Fabritsio Romanonun məlumatına görə, 19 yaşlı vinger baş məşqçi Vensan Kompani ilə danışıqdan sonra komandada qalmağa qərar vermişdi.

Lakin son 3 oyunda meydana çıxmadığına görə fikrini dəyişib. Son xəbərlərə görə, 7 klub fransalı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir. Onların sırasında “Mançester Yunayted”, “Tottenhem” və “Çelsi” də var.

Matis bu mövsüm “Bavariya”nın heyətində 13 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib.

Seçilən
30
football-plus.az

1Mənbələr