AZ

Nikol Paşinyan Rusiya və Ermənistan sərhədçilərinin birgə fəaliyyəti məsələsinə aydınlıq gətirdi

Rusiya və Ermənistan sərhədçilərinin birgə xidməti tərəflər siyasi iradə saxladıqca davam edəcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, yanvarın 31-də keçirdiyi mətbuat konfransında deyib.

Ermənistanın baş naziri iki ölkə arasında əməkdaşlıq çərçivəsinin genişləndirilə biləcəyini istisna etməyib.

“Bu, tərəflərin siyasi iradəsi məsələsidir. “Nə qədər ki, əməkdaşlıq etmək üçün bu siyasi iradə var, biz də əməkdaşlıq edəcəyik”, – Ermənistanın baş naziri Rusiyanın Ermənistan sərhədlərinin təhlükəsizliyinin təmin edilməsində iştirakını şərh edərkən deyib. “Bir şey dəyişirsə, o da dəyişir. Amma biz hazırda birgə xidmət həyata keçiririk və istisna etmirəm ki, bu birgə xidmətin əhatə dairəsi genişlənəcək”.
Paşinyanın sözlərinə görə, hər bir ölkə öz sərhədlərinin təhlükəsizliyini təmin etməlidir. “Lakin bu o demək deyil ki, bunu başqalarının köməyi ilə etmək olmaz”, – deyə o, Ermənistan rəhbərliyinin mövqeyini izah edib.
Qeyd edək ki, 2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində xidmətini dayandırıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
22
editor.az

1Mənbələr