AZ

"Tax, Audit and Consulting Services MMC" işçi axtarır - MAAŞ 1200-1500 MANAT - VAKANSİYA

Tax, Audit and Consulting Services MMC

Mühasib

Son tarix 03 mar 2025 - [email protected]

Vəzifə öhdəlikləri  

  • Qanunvericiliyə və mühasibat uçotunun aparılması qaydalarına uyğun şirkətdə mühasibat uçotunu təşkili və təmini
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
  • Müştərilər tərəfindən təqdim edilən ödənişlərin uçotu və onlara gündəlik nəzarət
  • Borcların ödənilməsinəmütəmadi nəzarət və hesabatların hazırlanması
  • Gündəlik pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların icrası, hesabatların hazırlanması, bank, kassa əməliyyatlarının uçotu
  • Rəsmi hesabatların (vergi, DSMF, statistika) hazırlaması və vaxtında təqdim edilməsi
  • Maaş, məzuniyyət, ezamiyyət və s. əmək haqqı ilə bağlı hesablamaların aparılması, ödənişlərin həyata keçirilməsi, arayışlar və digər əlaqədar sənəd dövriyyəsinin təşkili
  • Bank əməliyyatlarının icrası, hesablar üzrə ödənişlərin həyata keçirməsi, e-qaimə, faktura və s. sənədlərin tərtibi və icrası
  • İstehsal əməliyyatlarının yoxlanılması,plandan kənarlaşmaların aşkar
    edilməsi;
  • Gömrük səlahiyyətliləri və nəzarət orqanları ilə düzgün əlaqələrin qurulmasını və hər hansı yoxlama zamanı tələb olunan sənədlərin təqdim olunmasını təmin edir
  • Tələb olunan şirkətdaxili statistik hesabatları hazırlamaq
  • Rəhbərliyə işi haqqında müvafiq qaydada həftəlik/aylıq hesabatların təqdimi

Namizədə dair tələblər:  

  • Təhsil : ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • Beynəlxalq sertifikatların (ACCA F3, F7,) olması əlavə üstünlükdür.
  • İş təcrübəsi : müvafiq sahədə minimum 5 il
  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı
  • MS Office proqramlarının istifadəsi üzrə biliklər;

Əmək şəraiti:

  • İş qrafiki 5 günlük iş rejim
  • Əməkhaqqı 1200-1500 Azn olaraq nəzərdə tutulur.

Maraqlanan namizədlər cv-lərini elektron poçt ünvanı ilə göndərə bilərlər.

Seçilən
31
fed.az

1Mənbələr