AZ

Mahir oynadı, komandası qələbə qazandı

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında XX turun görüşləri keçirilir.

Apasport.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" doğma meydanda "Darmştadt"ı qəbul edib.

Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

27 yaşlı forvard oyuna start heyətində başlayıb və 90+3-cü dəqiqədə əvəzlənib.

Azərbaycanlı futbolçu 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, 20 turdan sonra aktivsində 28 xal olan "Nürnberq" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Türkiyə klublarının Avropa qazancı bəlli olub

"Şaxtyor"un futbolçusu "Eyüpspor"da - RƏSMİ

Azər Bağırov: "Səbail"ə məğlub olmaq dünyanın sonu deyil"

Vasili Berezutski: "Rəqib heç bir hücum etmədən 3 qol vurdu"

Qəzənfər Abbasov: "Legioner transferimiz baş tutmadı"

Seçilən
40
3
apasport.az

10Mənbələr