Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" Bundesliqa II-də növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, "Darmştadt"a qarşı matçda Mahir start heyətdə görüşə başlayıb və əsas vaxta əlavə edilmiş 3-cü dəqiqədə Canni Serra ilə əvəzlənib.
Qarşılaşma Emrelinin komandasının minimal hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu 85-ci dəqiqədə Tim Dreksler vurub.