AZ

Qidalanma tərzi 8 yaşlı uşağı qəfil kor etdi - Hər gün bunları yeyirmiş

Qidalanma tərzi 8 yaşlı uşağı qəfil kor etdi -

Malayziyada yaşayan 8 yaşlı uşaq yalnız işlənmiş qidalarla qidalandığı üçün A vitamini çatışmazlığı səbəbindən görmə qabiliyyətini itirib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, uşaq məktəbdə qəfildən "Müəllim, niyə heç nə görmürəm?" deyərək görmə itkisinin fərqinə varıb. Valideynləri onu xəstəxanaya apardıqda, ağır A vitamini çatışmazlığı diaqnozu qoyulub.

A vitamini optik sinirlərin sağlamlığı və az işıqda görmə qabiliyyəti üçün vacibdir. Bu vitamin çatışmadıqda optik neyropatiya yaranır və müalicə olunmadıqda daimi korluq baş verə bilər.

Mütəxəssislər uşağın ARFID (Avoidant Restrictive Food Intake Disorder) adlı qidalanma pozğunluğundan əziyyət çəkdiyini bildiriblər. Bu xəstəlikdən əziyyət çəkənlər müəyyən qidaları rədd edir və çox məhdud bir pəhrizə üstünlük verirlər. Uşağın uzun müddət yalnız toyuq, kolbasa və peçenye ilə qidalandığı məlum olub.

Bənzər hallar Böyük Britaniya və ABŞ-də də baş verib, yalnız fəstfud yeyən uşaqların görmə qabiliyyətini itirdiyi qeydə alınıb. 2019-cu ildə İngiltərədə bir gənc çips və şokolad yeməyə üstünlük verdiyi üçün görmə qabiliyyətini itirmişdi. Mütəxəssislər xəbərdarlıq edir ki, uşaqlar balanslı və müxtəlif qidalarla qidalanmalıdır. Sağlam qidalanma təkcə fiziki sağlamlıq üçün deyil, həm də beyin inkişafı üçün vacibdir. Vitamin və mineral çatışmazlığı ciddi sağlamlıq problemlərinə, hətta geri dönməz görmə itkisinə səbəb ola bilər.

Valideynlər övladlarının qidalanmasına nəzarət etməli və onların fərqli qidalar qəbul etməsini təmin etməlidirlər. Sağlam və balanslı pəhriz həyat boyu xəstəliklərin qarşısını almaq üçün vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
22
e-saglam.az

1Mənbələr