Tramp hesab edir ki, "American Airlines” sərnişin təyyarəsi ilə toqquşan "Black Hawk” hərbi helikopteri həddindən artıq hündürlükdə uçduğu və icazə verilən maksimum 60 metr hündürlüyünü xeyli keçdiyi üçün qaydaları pozub.
Vaşinqtonda Ronald Reyqan hava limanı yaxınlığında üç hərbçinin olduğu helikopterlə göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olan təyyarə toqquşub. Təyyarə və helikopterin qalıqları Potomak çayına düşüb. Qəzadan sağ çıxan olmayıb.
www.anews.az