AZ

"Hələ heç nə bitməyib" - Ayxan Abbasov

"Şamaxı" Misli premyer-liqasının 21-ci tur matçında "Neftçi"nin meydanından məğlub ayrıldı - 0:1.

"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Oyuna yaxşı başlasaq da, yüzfaizlik qol epizodlarından istifadə edə bilmədik. Birinci hissənin sonunda qapımıza penalti təyin edildi. Təəssüf ki, matçın taleyi elə həmin anda həll edildi. Sonradan dəyişikliklər etsək də, bir işə yaramadı. Bu məğlubiyyəti unudub növbəti oyunlara hazırlaşmaq lazımdı. Futbolçularıma inanıram. İnşallah, bu çətinlikdən birlikdə xilas olacağıq.

- Turnir cədvəlində sizdən geridə olan kollektivlər xal fərqini azaldır. Bu məqam komandanızın üzərində gərginlik yaradırmı?
- Xal fərqi elə də böyük deyildi. Bunu bilirdik. Qarşıda oyunlar var. Gərgin mübarizə mövsümün sonuna qədər davam edəcək. Hələ heç nə bitməyib. Oyunçuları psixoloji cəhətdən də hazırlayırıq. Növbəti oyunlara köklənməliyik.

- Cəlal Hüseynovun çıxışları haqda fikirləriniz necədi? Onunla bağlı planlarınız varmı?
- Düzü, fərdi şəkildə hansısa futbolçu haqda danışmaq doğru olmaz. Cəlal hələ təzə gəlib. Fərqindəyəm ki, çoxlu texniki səhvlər edir. Lakin səbrli olmalıyıq. Cəlal gənc futbolçudu. Öz üzərində çalışmalıdı.

KƏNAN BAHADIR

Seçilən
31
football-plus.az

1Mənbələr