AZ

Mahir oynadı, “Nürnberq” qalib gəldi

style='margin-bottom:10px;'>

Almaniya 2-ci bundesliqasında 20-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” bu gün öz meydanında “Darmştad”ı qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Meydana start heyətində çıxan Emreli 90+3-cü dəqiqədə Yanni Serra ilə əvəzlənib. Millimizin hücumçusu 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb. 

31 yanvar
“Nürnberq” - “Darmştad” - 1:0
Qol:
Tim Draksler, 85

Beləliklə, 20 oyundan 28 xalı olan “Nürnberq” 10-cu, 25 xala malik “Darmştad” isə 11-ci yerdədir.

Seçilən
48
2
teleqraf.com

10Mənbələr