AZ

BMT: KDR-da üsyançılarla gedən döyüşlərdə azı 700 nəfər ölüb

Bakı, 1 fevral, AZƏRTAC

Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Qoma şəhərində hökumət qüvvələri ilə üsyançılar arasında gedən

döyüşlərdə azı 700 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

“Ümumdünya Səhiyyə Təşkilatı və onun tərəfdaşları hökuməti ilə birlikdə yanvarın 26-dan 30-dək qiymətləndirmə aparıb. Müəyyən edilib ki, 700 nəfər ölüb, 2800 nəfər yaralanıb", - deyə S.Düjarrik əlavə edib ki, bu rəqəmlər arta bilər.

Qeyd edək ki, Qoma şəhəri 2 milyon nəfər əhalisi olan Şimali Kivu əyalətinin inzibati mərkəzidir.

Seçilən
19
8
azertag.az

9Mənbələr