AZ

Bundesliqa: “Verder” “Maynts”ı tək qolla məğlub etdi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 20-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Verder” doğma meydanda “Maynts”la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmanın taleyini bir qol həll edib. Meydan sahibləri yeganə qolla vacib 3 xala sahib çıxıblar.

20-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
20-ci tur
31 yanvar

Verder – Maynts 1:0
Qol: Bittenkur, 14.

1 fevral

18:30. Bayern – Holştayn
18:30. Boxum – Frayburq
18:30. Haydenhaym – Borussiya (Dortmund)
18:30. Sankt Pauli – Auqsburq
18:30. Ştutqart – Borussiya (Mönhenqladbax)
21:30. Union Berlin – Leypsiq

2 fevral

18:30. Ayntraxt – Volfsburq
20:30. Bayer – Hoffenhaym

Seçilən
44
2
arena.az

10Mənbələr