Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 23-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Parma” doğma meydanda “Leççe” ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı qarşılaşma qonaq komandanın inamlı və əzmkar qələbəsi ilə yekunlaşıb. Hesabı meydan sahibləri açsa da, ardıcıl üç qol vuran “Leççe” matçda dönüş yaratmağı bacarıb.
23-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
İtaliya, A Seriyası
23-cü tur
31 yanvar
Parma – Leççe 1:3
Qollar: Valeri, 34-pen – Krstoviç, 36. Pyerotti, 63; 90+3.
1 fevral
18:00. Montsa – Verona
18:00. Udineze – Venesiya
21:00. Atalanta – Torino
23:45. Bolonya – Komo
2 fevral
15:30. Yuventus – Empoli
18:00. Fiorentina – Cenoa
21:00. Milan – İnter
23:45. Roma – Napoli
3 fevral
23:45. Kalyari – Latsio