AZ

Bakıda gecə qəzası: “Lənd Kruser” aşdı – Video

Bir neçə dəqiqə öncə Bakıda iki avtomobilin toqquşması ilə qəza baş verib.

Axar.az xəbər verir ki, “Qara Qarayev” metrosu yaxınlığında, Məhəmmədəli Şərifli küçəsində “Toyota Kamri” və “Lənd Kruzer” markalı avtomobillər toqquşub. Nəticədə “Lənd Kruzer” yolun ortasında aşıb.

Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.

Hadisə yerində polis əməkdaşları işləyir.

Qəza yolda sıxlığa səbəb olub.

Seçilən
39
50
axar.az

10Mənbələr