Almaniyanın 2-ci Bundesliqasında 20-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” bu gün öz meydanında “Darmştad”ı qəbul edib.
Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Meydana start heyətində çıxan Emreli 90+3-cü dəqiqədə Yanni Serra ilə əvəzlənib. Millimizin hücumçusu 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Hazırda 28 xalı olan “Nürnberq” 10-cu pillədə qərarlaşıb.