AZ

İki nəfərlə yolları ayırdılar, birini icarəyə verdilər

"Qəbələ" iki futbolçusu ilə yollarını ayırıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Vüqar Həsənov və Laurent Mendi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Hər iki futbolçu 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinirdi.

“Qəbələ” akademiyasının yetirməsi Mehrac Baxşalını isə icarəyə verib. 21 yaşlı yarımmüdafiəçi qarşıdakı 1,5 ildə “Mingəçevir”in formasını geyinəcək.

Seçilən
10
sportinfo.az

1Mənbələr