NBA komissarı Adam Silver matçların oyun vaxtını əhəmiyyətli dərəcədə azaltmağı təklif edərək liqanı digər turnirlərin standartlarına yaxınlaşdırmaq istəyir.
Publika.az xəbər verir ki, 62 yaşlı amerikalı funksioner bunu “Dan Patrik” şousu zamanı deyib.
Silver, NBA-nın hazırda oyunları 48 dəqiqə davam edən yeganə liqa olduğuna diqqət çəkib. Ona görə də oyunun hər hissəsinin vaxtını 12 dəqiqədən 10 dəqiqəyə endirmək istəyir:
“NBA 48 dəqiqəlik oyun oynayan yeganə liqadır. Mən 10 dəqiqəlik dörd hissəsnin tərəfdarıyam. Düşünürəm ki, iki saatlıq oyun formatı müasir televiziya vərdişlərinə daha çox uyğun gəlir”.