"Fənərbağça"nın ulduzuna La Liqa klubundan təklif gəlib.

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlilər"də müdafiə xəttinin əsas fiqurlarından olan Aleksander Ciku "Vilyareal"ın diqqət mərkəzinə düşüb. Bu barədə Fransa mediasından "L'Equipe" məlumat yayıb.

İspanlar qanalı oyunçunu icarəyə götürməyi planlaşdırırlar. Artıq bu məqsədlə İstanbul nəhənginə rəsmi təklif də göndərilib.

Tərəflər arasında danışıqlar davam edir.