AZ

"Tottenhem" Moretto üçün 25 milyon avro ödəməyə hazırdır

İtaliyanın "Milan" klubu İngiltərənin "Tottenhem" klubuna 27 yaşlı mərkəz müdafiəçisi Fikayo Tomorini təklif edib.

“Report” xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto “X” sosial şəbəkəsində yazıb.

Məlumata görə, London klubu ingilis futbolçunun transferi üçün bonusları nəzərə alaraq, İtaliya nəhənginə 25 milyon avro ödəməyə hazırdır.

Tomori 2021-ci ilin yayına kimi “Milan”a transferinə qədər yetirməsi olduğu “Çelsi” akademiyasında olub. Cari mövsüm müdafiəçi bütün turnirlərdə 21 matçda iştirak edib və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar qiyməti 22 milyon avrodur.

Seçilən
29
1
report.az

10Mənbələr