AZ

Ekvadorda 5,7 maqnitudalı zəlzələ qeydə alınıb

Ekvadorda 5,7 maqnitudalı zəlzələ baş verib.

“Report”un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 154 min nəfər əhalisi olan Ambato şəhərindən 91 km şimal-şərqdə, zəlzələ ocağı 40 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat yoxdur.

Seçilən
32
50
report.az

10Mənbələr