ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Məlumata görə, diplomatlar Qəzza zolağı ilə bağlı gələcək addımları müzakirə ediblər.
Bundan əlavə, tərəflər iki dövlətin Suriya, Livan və bütövlükdə regionda ümumi maraqlarına toxunub, Qırmızı dənizdə təhlükəsizliyin və gəmiçilik azadlığının təmin edilməsi məsələlərini də müzakirə ediblər .