AZ

“Santos”a qayıdan Neymar kövrəldi - Video

Braziliyalı futbolçu Neymarın “Santos” klubuna keçidi rəsmiləşib.

“Qafqazinfo” xəbər verir ki, klub futbolçu üçün təqdimetmə mərasimi keçirib.

Doğma klubuna qayıdan 32 yaşlı futbolçu duyğusal anlar yaşayaraq öz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Neymar klubun heyətində 10 nömrəli formanı geyinəcək. 

Xatırladaq ki, forvard 2009-2013-cü illərdə “Santos”un şərəfini qoruyub. O, komandanın heyətində 225 oyunda 136 qol vurub, 64 ötürmə verib.





Seçilən
30
34
qafqazinfo.az

10Mənbələr