AZ

Əgər köynəyinizin yaxalığı boğazınızı sıxmağa başlayırsa, diqqətli olun

Əgər köynəyinizin yaxalığı boğazınızı sıxmağa başlayırsa,

Qalxanabənzər vəzi xərçəngi dünyada ən çox rast gəlinən 7-ci xərçəng növüdür və qadınlarda kişilərə nisbətən 2,5 qat daha çox müşahidə olunur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mütəxəssislər bu xəstəliyin ilkin mərhələdə hər hansı əlamət göstərmədiyini bildirir.

Boğazda sıxılma hissi, köynək yaxasının dar hiss edilməsi, səsin xırıltısı və udqunma çətinliyi tiroid xərçəngindən şübhələnmək üçün əsas əlamətlərdir. Xəstəliyin inkişaf səbəbləri tam bilinməsə də, radiasiyaya məruz qalma və piylənmə risk faktorları arasındadır.

Papiller tiroid xərçəngi yavaş inkişaf etsə də, medullar və anaplastik tiroid xərçəngi daha aqressiv ola bilər. Mütəmadi ultrasəs müayinəsi və həkim nəzarəti erkən diaqnoz üçün vacibdir.

Boyun nahiyəsində şiş, nəfəs darlığı və davamlı öskürək əsas simptomlar sırasındadır. Xəstəliyin müalicəsində əsas addım cərrahi müdaxilə və qalxanabənzər vəzi toxumasının çıxarılmasıdır. Cərrahi əməliyyatdan sonra xəstələrə radioaktiv yod (atom terapiyası) müalicəsi tətbiq edilir.

Atom terapiyası yalnız tiroid hüceyrələrini hədəf aldığı üçün yüksək müvəffəqiyyət nisbətinə malikdir. Bu müalicə üsulu digər onkoloji müalicələrlə müqayisədə daha az yan təsir göstərir. Əməliyyatdan sonra hormon əvəzedici terapiya başlanır və xəstə müntəzəm müayinələrdən keçir. Qalxanabənzər vəzi xərçənginin müalicəsi əksər hallarda uğurlu nəticələr verir və erkən diaqnoz sağalma şansını artırır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
16
e-saglam.az

1Mənbələr