Türkiyəli aktrisa Zeynep Tuğçe Bayat ana olub.
“Qafqazinfo” xəbər verir ki, həmkarı Cansel Elçinlə evli olan sənətçinin oğlu dünyaya gəlib.
Cütlük oğluna Atlas adını qoyub.
Xatırladaq ki, bir neçə gün öncə aktrisa Melisa Aslı Pamuk da ana olmuşdu.