AZ

Maşını təhlükəsiz park etməyin və park yerindən çıxarmağın 4 əsas üsulu - VİDEO

Maşını rahat şəkildə və qəzasız park etmək və park yerindən çıxarmaq üçün bir sıra məqamlara diqqət etmək lazımdır. 

İlk olaraq maşını park edərkən önümüzdə bordür varsa avtomobilin yan güzgüsünə baxmaq lazımdır. Yan güzgünün alt hissəsi yuxarı hissəsiylə üst-üstə düşürsə maşının qabaq tərəfi səkidən tam 30 santimetr uzaqdadır. Avtomobili geriyə sürərkən arxa tərəfində bordür varsa yan güzgüdə ön qapının dəstəyinə diqqət edin. Qapının dəstəyi bordürlə üst-üstə düşərsə demək ki, maşınla maneə arasında 30 santimetr məsafə mövcuddur. 

İkincisi, parkinq zonasından çıxarkən çiyin xəttiniz yan tərəfinizdə dayanmış avtomobilin ön hissəsi ilə bərabərləşdiyində sükanı necə bir formada döndərsəniz belə asanlıqla parkinq zonasından çıxa bilərsiniz. Parkinq yerindən geriyə sürdüyünüz zaman maşının yan güzgüsü yanınızdakı avtomobilin ön tərəfiylə üst-üstə düşdüyündə sükanı nə formada çevirirsəniz qəza halı qeydə alınmayacaq. 

Üçüncüsü, döngədən dönərkən önünüzdə dayanmış maşın varsa kapotu izləyin. Kapot qarşıdakı avtomobilin təkərinin yarısına çatanda sükanı tam şəkildə döndərərək qəzadan yayınacaqsınız. 

Döngədən döndüyünüz zaman bordür varsa maşının ön kapotuna diqqət yetirin. Kapot bordürlə eyniləşirsə deməli nəqliyyat vasitəsinin qarşı tərəfi maneədən tam olaraq 3 metr uzaqdadır. Bu zaman sağa-sola döndüyünüz zaman təhlükəsiz formada ərazidən keçə bilərsiniz.  

Nərmin

Seçilən
23
avtosfer.az

1Mənbələr