AZ

MPL: "Turan Tovuz" "Səbail"ə, "Araz-Naxçıvan" "Sumqayıt"a qarşı - YENİLƏNİR

Misli Premyer Liqasında 21-ci tur davam edir.

Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha iki görüş reallaşacaq.

Ötən gün olduğu kimi, turun ilk oyunu yenə Tovuzda baş tutacaq. Meydan sahibi "Turan Tovuz" "Səbail"i sınağa çəkəcək. Bu mənada "boz qurdlar"ın sabiq məşqçisi Cavid Hüseynovun Tovuza rəqib qismində səfər etməsi maraq doğurur. 
Autsayderlə görüş Kurban Berdiyevin komandasının 3-cü yeri ələ keçirməsi baxımından fürsətdir. "Zirə"nin bu turda "Qarabağ"la qarşılaşacağını və mümkün xal itirmək ehtimalını nəzərə alsaq, "Turan Tovuz" "Səbail"lə görüşdən ikiqat qazanclı çıxa bilər. 

Günün digər qarşılaşması Sumqayıtda olacaq. Şəhərin eyniadlı təmsilçisi liderin əsas izləyicisi "Araz-Naxçıvan"ı qonaq edəcək. Tərflər qısa müddət sonra üz-üzə gələcəklər. Belə ki, qış fasiləsində komandalar yoxlama oyunu keçirmiş və 2:2 hesablı bərabərə qalmışdılar. 

Misli Premyer Liqası
21-ci tur
1 fevral

16:00. “Turan Tovuz” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev, Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz şəhər stadionu

18:30. “Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
VAR: Əliyar Ağayev, Zeynal Zeynalov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Seçilən
13
fanat.az

1Mənbələr