AZ

Hansı hədəfləri vuracağımızı bilirlər - İrandan bu ölkələrə TƏHDİD

İsrailin ABŞ-ın dəstəyi ilə İranın nüvə obyektlərinə zərbə endirməsi tarixin ən böyük səhvi olardı.

Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi “Al Jazeera“ telekanalına müsahibəsində deyib.

O bildirib ki, həm amerikalılar, həm də israillilər İranın cavab olaraq hansı hədəfləri vuracağını çox yaxşı başa düşürlər.

"Hesab edirəm ki, bundan sonra biz regionda genişmiqyaslı müharibəyə girəcəyik. İstər bölgədə, istərsə də ondan kənarda heç kim bunu istəmir. Düşünürəm ki, ABŞ-ın belə bir qərar qəbul etməsi ehtimalı azdır", - deyə nazir qeyd edib.

Seçilən
18
publika.az

1Mənbələr