AZ

Ambulator müalicə dərmanları pulsuz olacaq...

Image

Rasif Bağırov: “Bəzən olur ki, ucuz dərmanları sığortaya salıb bahalı dərmanları salmırlar".... 

“Bu ildən ambulator müalicə alan xəstələrin dərman vəsaiti ilə təchizatı da icbari tibbi sığorta ilə qarşılanacaq”. Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib. 

Qeyd edək ki, ambulator şəraitdə müalicə alan xəstələrin  dərmanla təmin olunması problemi mövcud idi.

Həkim-terapevt Rasif Bağırov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, qiymətindən asılı olmayaraq bütün dərmanlar sığortaya salınsa yaxşı olar:  “Ambulator xəstəliklərin müalicəsində istifadə olunan dərmanların  tibbi sığortada istifadə edilməsi yaxşı haldır. Belə bir proses baş versə, xəstələrin büdcəsinə də təsir edər,əhalinin dərman təchizatı ilə bağlı problemlərini həll edə bilər. Məsələ budur ki, ambulator müalicə alan xəstələrin böyük əksəriyyəti yüngül xəstələr və xroniki xəstələr olur. Daimi dərmandan asılı olan xəstər olur. Bəzən də uzun müddət yataq xəstələri olur. Bu tipli xəstələr ambulator müalicədə ola bilər. Yaxşı olar ki, ambulator xəstələrə veriləcək dərmanlarda bütün qiymətlər nəzərə alınsın. Yəni, qiymətindən asılı olmayaraq bütün dərmanlar nəzərə alınsın. Bəzən olur ki, ucuz dərmanları sığortaya salıb bahalı dərmanları salmırlar. Yaxşı olar ki, bütün dərmanlar ora daxil olsun və insanlar üçün əlçatan olsun. Bəzən xəstələr dərmanlarını ala bilmir, uzun müddət müalicələrində fasilə yaranır. Nəticədə xəstənin səhhəti ağırlaşır. Bütün dərmanlara sığortada yer verilsə, çox gözəl olar. Bu hal insanların iqtisadi vəziyyətinə, dərmanla təminatına yaxşı təsir edəcək. Məlumdur ki, biz hazırda idxaldan asılı ölkəyik və dərmanlar da çox bahadır. Dərmanların alınması da hissə-hissə icbari sığortaya daxil edilə bilər, lakin bir anda bütün müalicənin daxil edilməsi real görünmür”.

Günel CƏLİLOVA





Seçilən
10
baki-xeber.com

1Mənbələr