Tarixin ən yaxşı braziliyalı futbolçuları bəlli olub.
İdman.biz xəbər verir ki, “Give me Sport” portalı ən yaxşı sambaçıları müəyyənləşdirib.
Siyahıya üçqat dünya çempionu Pele başçılıq edir. “Futbol kralı”nın ən yaxın izləyicisi “Yekədiş” ləqəbli Ronaldo izləyir. İlk “üçlüy”ü Qarrinça qapayır.
1. Pele
2. Ronaldo
3. Qarrinça
4. Ronaldinyo
5. Rivaldo
6. Romario
7. Neymar
8. Ziko
9. Didi
10. Jairzinyo
Qeyd edək ki, “Top-10”da karyerasını davam etdirən yeganə futbolçu Neymardır. O, siyahıda 7-ci yerdə qərarlaşıb.
İdman.biz